Qurban Qurbanov: Futbolçuların fikirləri oyunda deyildi
19.05.2013 - 20:12
“Mövsümün bitməsi münasibəti ilə hamını təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdur.
Təcrübəli çalışdırıcı Topaz Premyer Liqasının XXXII - mövsümün son turunda doğma azarkeşləri önündə “Simurq”la 0:0 hesablı heç-heçə qalmalarını dəyərləndirib: “Gərgin və maraqlı mövsüm oldu, maraqlı oyunlar izlədik. Son matç olduğu üçün futbolçuların fikirləri oyunda deyildi. Buna baxmayaraq, komandanı bu oyuna hazırlaya bildik. Əsas odur ki, futbolçularda zədə olmadı. Qalib gəlmək istəyirdik, oyun üslubumuzdan əl çəkmədik. Oyunda qol imkanları bol olmasa da, hər iki komandanın düşünülmüş hücumlar var idi. Fikrimcə, bərabərlik ədalətli nəticədir. Oyunumuzda çatışmazlıqlar olub, var, olacaq. Bu, futboldur. Növbəti 15 gündə transferlərlə məşğul olacağıq. KİV nümayəndələrinə də təşəkkürümü bildirirəm, bizimlə mövsüm boyu birgə olduqları üçün. Yaxşı cəhətlərimizi də, pis cəhətlərimizi də yazdılar”.
Mənbə: pfl.az

0
0