İbrahimoviç Fransada ən yaxşı futbolçu seçildi
20.05.2013 - 03:40
Fransa çempionatının ən yaxşı futbolçusunun adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu, PSJ-nin heyətində çempion olan Zlatan İbrahimoviçdir.
Bu mükafat uğrunda İsveç millisinin hücumçusundan başqa, digər 3 oyunçunun adı da əsas namizədlər siyahısında göstərilmişdi. İbrahimoviçin komanda yoldaşları braziliyalı müdafiəçisi Tiaqo Silva, fransalı yarımmüdafiəçisi Blez Matyuydi və “Sent-Etyen”in qabonlu forvardı Per-Emerik Obameyyanq Zlatanın əsas rəqibləri arasında idi.
Qeyd edək ki, İbrahimoviç cari mövsümdə PSJ-nin heyətində 33 matda forma geyinib. O, bu görüşlərin yalnız birində meydana start heyətdə daxil olmayıb. Zlatan həmçini 29 qolla ölkə çempionatının bombardiridir.

- DÇ-2026 - 1/8 final cütü: Argentina - Misir
- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
0
0