Millimiz Bolqarıstanla 2 dəfə oynayacaq
20.05.2013 - 10:26
Millimiz Bolqarıstanla 2 dəfə oynayacaq
Bolqarıstan U-15-nin U-16 yığmamızla oyunlarının tarixinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bolqarlar dünəndən Sliven şəhərində 6 günlük təlim-məşq toplanışına start verib.

Aslan Kərimovun yetirmələri isə mayın 17-dən bu şəhərdə hazırlıq keçir. Ayın 25-dək Bolqarıstanda toplanışda olacaq U-16 millimiz Bolqarıstan U-15-i ilə 2 yoldaşlıq oyununda üz-üzə gələcək. Bolqarlar mayın 20-də “Çernomorets” klubu ilə gücünü sınadıqdan sonra ayın 22-i və 24-də yığmamızla qarşılaşacaq. İlk görüş Bakı vaxtı ilə saat 20:00-da, ikinci oyun isə saat 12:30-da baş tutacaq.

Bolqarıstan yığmasının baş məşqçisi Aleksandar Qeorqiyev millimizə qarşı 20 futbolçunu çağırıb:

Qapıçılar: Daniel Naumov (MOİK), Dimitar Şeytanov (Levski)

Müdafiəçilər: Kristian Slavov (MOİK), Anqel Lyaskov, Daniel İvanov (hər ikisi “Liteks”), Martin Simyeonov (“Çavdar” Yetropole), Qeorqi Bratovanov (Ludoqorets), Atanas Taşolov (“Botev” Plovdiv)

Yarımmüdafiəçilər: Aykut Ramadan (MOİK), Qeorqi Yanev, İlian Stefanov (hər ikisi “Levski”), Vasil Vasilev (Liteks), Valeri Xristov, Kristiyan Sbev (hər ikisi “Çerno more”), İvan Mixaylov (Çernomorets)

Hücumçular: Pavel Qolovodov (MOİK), Aleks Borimirov (Levski), Valentin Yoskov, Yunuz Yunuz (hər ikisi “Çerno more”), Svetoslav Kovaçev (Ludoqorets).

Qeyd edək ki, millimizin Bolqarıstan toplanışı zamanı yerli “Sliven” klubunun müvafiq yaş komandası ilə yoxlama oyunu keçirməsi də nəzərdə tutulub.