“Qəbələ” gələcəkdə böyük uğurlar qazanacaq” - MÜSAHİBƏ
20.05.2013 - 12:57
“Qəbələ” gələcəkdə böyük uğurlar qazanacaq” - MÜSAHİBƏ
Milli komandanın və “Qəbələ”nin qapıçısı Anar Nəzirovun apasport.az saytına müsahibəsi

- Premyer Liqanın son turunda “İnter”ə məğlub oldunuz. Oyunla bağlı nə deyə bilərsiz?
- Çox maraqlı görüş keçdi. Hər 2 tərəf qələbə üçün çalışırdı. Son dəqiqələrdə qol buraxdıq. Deyərdim ki, uduzmağa layiq deyildik. Çünki bir neçə qol epizodumuz oldu. Ancaq qapıçıları yaxşı oynadı. Biz də istəyirdik ki, qələbə qazanaq. Qismət olmadı. İnşallah, növbəti mövsümə hazırlaşacağıq. Görürsünüz ki, Luis Araqon gənc futbolçulara üstünlük verir. Onlar da özlərini yaxşı tərəfdən göstərdi. Bu da klubda işlərin yaxşı görülməsi deməkdir.

- Müqaviləniz “Qəbələ” ilə başa çatır...
- Hə, artıq müqaviləmin müddəti bitdi.

- “Qəbələ”də qalmaq istəyirsiz?
- Bu, danışıqlardan asılıdır. Əlbəttə, “Qəbələ” böyük klubdur. Avrokuboklara getməsə də, klubun potensialı çox böyükdür. İnşallah, bu klub gələcəkdə böyük uğurlar qazanacaq. Çünki burda hər cür şərait var. Deyərdim ki, peşəkarlıq baxımından Azərbaycanda ən yaxşı komandalardan biridir. Ona görə də burda rəqabət də yaxşıdır. Rəhbərlik də yaxşı səviyyədədir. Heç vaxt məşqçilərin işinə qarışmırlar. Hər şey mənim istəyimdən asılı deyil. Klub rəhbərliyi ilə danışıqlar komandada qalıb-qalmayacağımı müəyyənləşdirəcək.

- Danışıqların tarixi bilinir?
- Yaxın günlərdə danışığımız olacaq. Ya bu gün, ya da sabah ola bilər.

- Başqa klublardan sizinlə maraqlanan olub?
- Olub, ancaq dəqiq heç nə yoxdur. Menecer vasitəsilə xəbər göndərilib. İnşallah, bu gün və ya sabaha hər şey bilinəcək.

- Komanda nə vaxt bir də bir araya gələcək? Bu haqda sizə deyilibmi?
- Bunu hələ dəqiq bilmirik. Yeni gələn baş məşqçi yəqin ki, bu qərarı verəcək.

- Qapıda gah Dieqo, gah da siz dayandız. Bu mövsüm rotasiyalar sizi bezdirmədi ki?
- Belə şeylər olur. Qapıçılar üçün həqiqətən çətindir. 2-3 oyun o durursa, daha sonra qapıda mən dayanıram. Hər şey özümüzdən də asılıdır. Daha çox çalışıb əsas heyətdə yerimizi itirməməyə çalışırıq.

- Yeri gəlmişkən, Yuri Syominin “Qəbələ”yə gəlişinə münasibətinizi bilmək istərdik...
- Syomin təcrübəli məşqçidir. “Lokomotiv”də uğurları ilə tanınıb. Azərbaycan çempionatının Rusiya və Ukrayna kimi ölkələrdə tanınmasında onun böyük rolu ola bilər. Bura gəlib-gəlmədiyini bilmirəm. Yəqin ki, işlər artıq 90 faiz həll olunub. Gəlsə, ölkə futbolu üçün böyük uğur olar.

Səbuhi TOFİQOĞLU
0