Yunis Hüseynov: “Kəpəz”də baş məşqçi olmaq təklifinə razılaşmadım
20.05.2013 - 14:01
“Kəpəz”də baş məşqçi işləmək istərdim. Vaxtilə bu komandadan təklif almışam. Ancaq o vaxt razılaşmadım”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov deyib.
“Xəzər Lənkəran”dan ayrıldıqdan sonra artıq yarım ildir işsiz olan 48 yaşlı mütəxəssis əslən Gəncədə olan, futbolda ilk addımlarını “Kəpəz”də atan bir şəxs kimi doğma komandasının I diviziona düşməyini məyusluqla qarşılayıb.
Hüseynovun sözlərinə görə, “Karvan”da baş məşqçi olduğu dövrdən yaxşı tanıdığı Yevlaxın, hazırda isə Gəncə şəhərinin icra başçısı olan Elmar Vəliyevlə indiyə kimi əlaqələri olsa da, ondan “Kəpəz”in “sükanı arxası”na keçmək dəvətini almayıb: “Mənə ondan yox, klub rəhbərliyindən baş məşqçi olmaqla bağlı təklif gəlmişdi. Ancaq komanda iddiası olmadığından, bunu qəbul etmədim. Bu, hazırkı baş məşqçi Mahmud Qurbanovdan əvvəl olmuşdu. “Kəpəz”, “Turan” köklü, milliyə futbolçular verən klublarımızdan olduğundan, hər ikisinin I diviziona düşməyinə çox üzüldüm. Ancaq açığı, I divizionda işləmək fikrim yoxdur. Gərək komanda iddialı olsun ki, yaxşı heyət yığıb işləyəsən”.
Maraqlıdır, Vəliyev belə iddialı komanda yaradıb yaxşı tanıdığı Hüseynovu dəvət etsə, nə qərar verər? “Buna birdən-birə qəti cavab vermək olmur. Gərək oturub yaxşıca fikirləşib, qərarını verəsən. Hər halda, iddialı komandada çalışmaq variantına baxmaq olar. Gəncə şəhər stadionu meydança bərbad vəziyyətdədir. İnanıram ki, Elmar müəllim oranı yüksək səviyyəyə gətirəcək”.

0
0