“İnter”in hazırlıq planları bəlli oldu
20.05.2013 - 15:29
Ölkəmizi Avroliqada təmsil edəcək “İnter”in hazırlıq planlarına qismən aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, dünən “Qəbələ” ilə görüşdən sonra istirahətə çəkilən “bankirlər” bir də iyunun 2-də hazırlıqlara başlayacaq.
Hazırlıqlar Türkiyənin Kartəpə bölgəsində gerçəkləşəcək və 9 gün davam edəcək. Belə ki, iyunun 11-də Türkiyə toplanışı yekunlaşdırılacaq. Komandanın hazırlıqlar zamanı ikitərəfli oyundan yararlanacağı və eləcə də Türkiyənin bölgə klublarından biri ilə yoxlama oyunu keçirəcəyi də istisna olunmur.
“İnter”in hazırlıq prosesinin ikinci mərhələsi isə Mərkəzi Avropada baş tutacaq. Belə ki, Kaxaber Sxadadzenin yetirmələri ötən yay olduğu kimi Avstriya – Sloveniya sərhəddinə yaxın bir ərazidə hazırlıq keçəcək. Ancaq ikinci hazırlığın tarixi və sınaqçı rəqiblərin hansı komandalar olacağı bilinmir.

0
0