“Bakı”da təmizləmə əməliyyatı: Beşi qalır, qalanları qovulur!
20.05.2013 - 17:21
2012/13 mövsümünü uğursuz keçirən “Bakı” yeni mövsüm ərəfəsində ciddi islahatlar edəcək. Bu barədə apasport.az saytına klubun vitse-prezidenti Zeynal Məmmədov məlumat verib.
O bildirib ki, heyətin təxminən 80 faizi dəyişəcək və bu, ilk növbədə legionerlərlə bağlıdır. Heyətdə əsasən yerli futbolçulara üstünlük verəcək “Bakı” heyətindəki azərbaycanlı oyunçularını saxlamaqda maraqlıdır.
Legionerlər arasında isə ciddi “təmizləmə əməliyyatı” aparılacaq. Məmmədov əcnəbilərin çoxunun yola salınacağını qeyd edib: “Legionerlərdən 5-i komandada qalır. Bunlardan 4-ü qış transferləri - müqaviləsi olan Marius Pena, Risto Ristoviç, Ferdi Elmas və Mario Rubiodur. Onlarla yanaşı, Xavyer Junioru da saxlayacağıq. Qalanlarını yola salırıq. Bunlardan müqaviləsi bitənlər də var, qalanlar da. Anlaşması bitməyənlərlə ortaq məxrəcə gələcəyik”.
Vitse-prezident ötən il transfer olunan gürcüstanlı müdafiəçi Georgi Popzadze və xorvatiyalı yarımmüdafiəçi Mario Lukas Horvatla bağlı hələ yekun qərar verilmədiyini bildirib: “Horvatın müqaviləsi var. Ancaq onun qalıb-qalmayacağı sual altındadır. Popxadzenin müqaviləsi bitsə də, ola bilsin qalsın. Bu, yeni baş məşqçidən asılıdır. Georgi ilk növbədə yaxşı insandır. Ona bir futbolçu kimi iradımız yoxdur və yeni müqavilədə də münasib şərtlərə razılaşıb. Ancaq istənilən halda, son qərarı baş məşqçi verəcək”.
Qeyd edək ki, Məmmədovun komandada qalacağını qeyd etmədiyi legionerlər Uintson Parks, EDdin Nureddinoski, Aleksandar Şoliç, Ibrahim Karqbo, Denis İvanov, Deyvidas Çesnauskis, Edemir Rodrigesdir.
Mehman SÜLEYMANOV

0
0