Sxadadzenin Yunanıstanda bəyəndiyi futbolçu
20.05.2013 - 23:02
“İnter” transfer işlərinə start verib. Apasport.az saytının məlumatına görə, “bankirlər” ötən yay Avroliqanın 2-ci mərhələsində penalti seriyasında kənarlaşdırıldığı “Asteras”dan futbolçu alır.
Komandadan mərkəz müdafiəçisi Vladimir Levinin ayrılması, Valeri Abramidze ilə isə yola davam etməyin mümkünsüzlüyü paytaxt klubunu xaricdə futbolçu axtarmaq üçün hərəkətə keçirib. Bunun üçün Yunanıstana səfər edən baş məşqçi Kaxaber Sxadadze mayın 15-də keçirilmiş PAS – “Asteras” oyununu izləyib. Tripoli klubu Çempionlar Liqasına düşmək üçün pley-off mərhələsinin ilk turunda PAS-a məğlub olub – 1:2.
Ancaq bu oyunda əvvəl 12-ci dəqiqədə sarı vərəqə alan, 2 dəqiqə sonra isə görüşdə tarazlığı bərpa edən Kalifa Sankarenin oyunu gürcü məşqçinin xoşuna gəlib. 90 dəqiqə meydanda mübarizə aparan seneqallı mərkəz müdafiəçisinin “İnter”in təklifinə nə cavab verəcəyi yaxın günlərdə bilinəcək.
Qeyd edək ki, Sxadadze məhz Yunanıstan səfərində olduğu üçün əhəmiyyətsiz olan son tur matçında – “Qəbələ” ilə görüşdə matçı ilk dəqiqələrdən izləməyib. O, hava limanından birbaşa stadiona gəlib və komandasının ikinci yarıdan oyununa baxa bilib.

0
0