“Xoşbəxtlikdən qolu tez vurduq, ardı da gəldi”
20.05.2013 - 20:52
“Rəqib ilk hissədə oyuna nəzarət edirdi, lakin yüksək temp, sürətli ötürmələr yox idi”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Turan”ın baş məşqçisi Əfqan Talıbova məxsusdur.
Təcrübəli çalışdırıcı Topaz Premyer Liqasının XXXII - mövsümün son turunda evdə “Sumqayıt”ı (2:1) məğlub etmələrini dəyərləndirib: “Qol vurana qədər bir-iki epizod yarada bildik. Xoşbəxtlikdən qolu tez vurduq, ardı da gəldi. İlk hissənin sonu göstərdi ki, ikinci hissədə “Sumqayıt” daha üstün oynayacaq. İkinci hissədə rəqib mərkəzdə pressinq tətbiq etdi, oyuna nəzarət etdi, istədiyi qolu vurdu. Əvəzetmələrlə oyunu bərabərləşdirmək istəsək də, alınmadı. Rəqib azlıqda qalandan sonra isə Ballo təkbətək epizodda fərqi artıra bilərdi”.
Mənbə: pfl.az

0
0