Kristian Abbyati daha 1 il də “Milan”da
20.05.2013 - 21:33
Kristian Abbyati daha 1 il də “Milan”da
“Milan” təcrübəli qapıçısı Kristian Abbyati ilə müqaviləsinin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, 35 yaşlı qolkiper 2014-cü ilə qədər “rossonyerlər”in şərəfini qoruyacaq.

Hazırkı müqaviləsi mövsümün sonunda başa çatacaq olan Abbyati yenidən “Milan”da qaldığı üçün xoşbəxtdir: “Müqaviləmin müddətini bir mövsüm də uzatdım. Bu klubda karyeramı davam etdirdiyim üçün çox xoşbəxtəm. Bura mənim evimdir”.

Qeyd edək ki, Kristian Abbyati cari mövsümdə “Milan”ın heyətində 28 matçda forma geyinib.