Aleks Ferqyussonun saqqızı satıldı
20.05.2013 - 22:32
Aleks Ferqyussonun saqqızı satıldı
“Mançester Yunayted”i 26 il çalışdıran və bir neçə gün bundan əvvəl karyerasını başa vurduğunu açıqlayan baş məşqçisi Aleks Ferqyussonun maraqlı bir xatirəsi satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, şotlandiyalı çalışdırıcının ağzından düşmədiyi saqqızı alıcılara təqdim edilib.

71 yaşlı mütəxəssisin son çeynədiyi saqqızı nadir bir əsər olaraq alış-veriş saytlarının birində satışa çıxarılıb və çox çəkmədən onu 150 min funt-sterlinq qarşılığında alıblar.

Qeyd edək ki, Aleks Ferqyusson “Mançester Yunayted”ə 13 kubok qazandırıb.