Roberto Karlos Cihan Özkaranın komandası ilə razılığa gəldi
21.05.2013 - 06:41
Roberto Karlos Cihan Özkaranın komandası ilə razılığa gəldi
Azərbaycan milli komandasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor”un yeni baş məşqçisinin adına yaxın günlərdə rəsmən aydınlıq gələcək. Apasport.az saytının məlumatına görə, Rza Çalımbayın istefa verməsindən sonra boş qalan postu Braziliya yığmasının sabiq futbolçusu və hazırda “Anji”də idman direktoru vəzifəsində çalışan Roberto Karlos tutacaq.

Bu haqda Karlosun agenti Özkan Doğan açıqlama verib: “Roberto Karlos və “Sivasspor” prinsipial razılaşmaya nail oldular. Müqavilə çərşənbə axşamı və ya çərşənbə günü imzalanacaq”.

Qeyd edək ki, daha əvvəl də “Sivasspor”un prezidenti Məcnun Odyakmaz Karlosla danışıqlar apardıqlarını təsdiqləmişdi.