Luka Jinko: ...Mən “Qəbələ”də qalmağa layiqəm - MÜSAHİBƏ
21.05.2013 - 08:57
“Qəbələ”nin sloveniyalı futbolçusu Luka Jinkonun apasport.az saytına müsahibəsi
- “İnter”lə qarşılaşma son görüşünüz olsa da, çempionatı məğlubiyyətlə başa vurdunuz...
- Düşünürəm ki, yaxşı oyun oldu. Qol vurmaq üçün çoxlu imkanlarımız vardı. “İnter” fərqlənməzdən qabaq bizim əlverişli vəziyyətlərimiz oldu.
- Bu görüşün nəticəsi hər 2 komanda üçün əhəmiyyət daşımırdı. Motivasiya olmaq üçün baş məşqçi əvəzi Luis Araqon məşqdə hansı işləri gördü?
- Hər bir futbolçu peşəkar olmalıdır. Hər oyuna son görüş kimi çıxmalıyıq. Əlbəttə, mövsümü qələbə ilə başa vursaydıq, daha yaxşı olardı. Həmçinin, futbolçularda belə şey var ki, mövsümün son matçında daha yaxşı oynamaqla komandada qalmağa çalışırlar.
- Həmin qarşılaşmada ehtiyatda qalmağınızın səbəbi nədir?
- (gülür) Bu, məşqçinin qərarıdır. Mənim “Qəbələ” ilə müqaviləm başa çatdı. İstərdim ki, oynayıb özümü göstərə bilim və sübut edim ki, mən bu klubda qalmağa layiqəm. Ancaq məşqçinin qərarı məni meydana buraxmamaq oldu.
- Luis Araqonla təsadüfən hər hansısa bir problem yaşamamısınız?
- Yox, elə bir problemimiz olmayıb.
- Müqaviləniz bitir. Klub rəhbərliyi sizi saxlamaqda maraqlıdır?
- Hələ gözləmə mövqeyindəyəm. İstərdim ki, müqaviləmin müddətini artırım. Klubdan mənə deyiblər ki, sənin qalmağın yeni təyin olunacaq baş məşqçinin qərarından asılı olacaq. Bundan sonra taleyimə aydınlıq gələcək. Onu da əlavə edim ki, Azərbaycanda karyeramı davam etdirmək istəyirəm. “Qəbələ”də də olmasa, başqa klublarda oynamaq istərdim.
- Başqa klublardan təklif almısınız?
- Yox, hələlik elə bir şey yoxdur.
Səbuhi TOFİQOĞLU

0
0