Yığmamız “Empoli”ni darmadağın etdi
21.05.2013 - 09:14
Yığmamız “Empoli”ni darmadağın etdi
İtaliyanın Piza şəhərində təşkil olunmuş "Tuscany Football Cup 2013" turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk oyununu keçirib.

"Empoli" klubunun 1994-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandası ilə qarşılaşan yığmamız 3:0 hesabı ilə qələbə qazanıb. Namiq Ələskərovun dubl etdiyi oyunda digər qolu Budaq Nəsirov vurub.