AZAL-la Junior Nildonun zəfəri
21.05.2013 - 11:57
AZAL-la Junior Nildonun zəfəri
Topaz Premyer Liqasının final mərhələsi AZAL və onun braziliyalı hücumçusu Junior Nildonun hegemonluğu ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” “altılıq”da I dövrədəki kimi, II dövrəni də vahid lider kimi başa vurublar.

Yalnız “Xəzər Lənkəran”la 1:1 hesabı ilə nəticələnən matçda xal itirən Vaqif Sadıqovun komandası qalan 9 oyunda meydanı qalib tərk edib. Bununla, AZAL həm ikinci “altılığ”ın çempionu, həm də final mərhələsində uduzmayan yeganə komandadır.

“Təyyarəçilər”in ən yaxın izləyicisi ilk “altılıq” iştirakçıları arasında ən yaxşı göstəriciyə malik “Qarabağ” olub. Gümüş medalçı I dövrədə yalnız topların fərqinə görə geri qaldığı “Rəvan”ı sonda ötə bilib. Maraqlıdır ki, final mərhələsinin oyunlarına görə I dövrədən sonra ilk 6 pillədə qərarlaşan komandalar sonadək mövqelərində qaldı.

“Altılığ”ın II dövrəsində ən diqqəti çəkən məqamlardan biri “Kəpəz”in dirçəlişidir. Belə ki, ilk dövrəni xalsız başa vuran gəncəlilər daha sonra 3 qələbə qazana bildilər. Ancaq həmin vaxt komanda artıq I diviziona düşdüyündən, bu, təsəlli idi. “Kəpəz”ə I dəstəyə yol yoldaş “Turan” 1 pillə gerilədiyi halda, “Qəbələ” final mərhələsinin autsayderi olub. “Altılığ”ın startında baş məşqçisi Ramiz Məmmədovu istefaya göndərərək, mövsümü ispaniyalı əvəzləyici Luis Araqonla başa vuran qəbələləlilər ən az qələbə qazanandır.

Nildoya gəlincə, o, 10 qolla final mərhələsinin bombardiri oldu. Braziliyalının ən yaxın izləyicisi olan digər cənubi amerikalı legioner – “Rəvan”ın argentinalı hücumçusu Juan Manuel Varea 7 qol vurub. Çempionatımızın bombardiri olan “Neftçi”nin çilili hücumçusu Nikolas Kanales isə “altılıq”da 6 dəfə fərqlənib.

komanda
o
q
h
m
t
x
1
AZAL
10
9
1
0
25-7
28
2
Qarabağ
10
6
2
2
13-7
20
3
Rəvan
10
6
0
4
23-18
18
4
Neftçi
10
5
3
2
12-8
18
5
İnter
10
5
1
4
15-9
16
6
Sumqayıt
10
4
0
6
11-10
12
7
Xəzər L
10
3
3
4
8-10
12
8
Simurq
10
3
3
4
7-11
12
9
Bakı
10
3
2
5
9-12
11
10
Kəpəz
10
3
0
7
11-19
9
11
Turan
10
2
1
7
10-24
7
12
Qəbələ
10
1
3
6
6-13
6