Türkiyə yığması çempion olub Bakıya gəlir
21.05.2013 - 13:38
17 yaşadək futbolçular arasında Bakıda keçiriləcək III “Caspian Cup” turnirinin iştirakçılarından olan Türkiyə U-16-sı ölkəmizə qalib qismində gəlir. Apasport.az saytının məlumatına görə, qardaş ölkənin təmsilçisi paytaxtımıza gəlməzdən öncə gücünü Ukraynada Viktor Bannikovun şərəfinə keçirilən ənənəvi beynəlxalq turnirdə sınayıb.
Qrupunda Ukrayna (1:1), Polşa (2:1) və Belarusla (1:0) qarşılaşan türkiyəli yeniyetmə futbolçular birbaşa finala vəsiqə qazanıb. Həlledici görüşdə isə Hakan Tecimerin yetirmələri Rusiya ilə görüşüb və şimal qonşularımızı 59-cu dəqiqədə “Bursaspor”un hücumçusu Enes Ünalın qolu ilə məğlub edərək çempion olub.
Qeyd edək ki, Türkiyə yığması “Caspian Cup”da C qrupunda mübarizə aparacaq. “Ay-ulduzlular”ın rəqibləri Özbəkistan və İordaniya milliləridir.

0
0