“İnter” 3 futbolçu ilə müqavilə bağladı
21.05.2013 - 14:13
Mövsüm başa çatdıqdan sonra 7 futbolçu ilə yollarını ayıran “İnter” heyətindəki digər futbolçuları qoruyub saxlamağa çalışır. Apasport.az saytının məlumatına görə, artıq müqaviləsinin müddəti başa çatmış futbolçulardan 3-ü ilə yeni anlaşma imzalanıb.
Bunlar gürcülər - qapıçı Georgi Lomaya ilə hücumçu Baçana Sxadadze, eləcə də cinah müdafiəçisi Ruslan Əmircanovdur. Hər 3 oyunçu ilə müddəti 1 illik olan yeni müqavilə bağlanıb.
Qeyd edək ki, “İnter” mövsüm başa çatdıqdan sonra Petar Zlatinov, Georgi Adamiya, Tales Şuts, Vladimir Levin, Valeri Abramidze, İlya Kandelaki, Revaz Tevdoradze ilə yeni müqavilə bağlamayıb.

0
0