“Simurq” icarəsi bitən futbolçularını göndərir
21.05.2013 - 14:38
“Simurq”un “Xəzər Lənkəran”a keçən kapitanı Rasim Ramaldanovdan sonra 3 yerli futbolçu ilə də yollarını ayırmağı gözlənilir. Apasport.az saytının məlumatına görə, zaqatalalıların gənc oyunçuları - yarımmüdafiəçilər Murad Səttarlı, Bəxtiyar Soltanov və hücumçu Nicat Qurbanovun icarə müddətləri bitib. Bununla da onlar müvafiq olaraq müqavilə ilə məxsus “Qarabağ” və “Neftçi”nin sıralarına qayıdıb. Zaqatala təmsilçisi gənclərin yenidən sərəncamında olmağı üçün icarəyə götürmək variantına hələ qərar verməyib.
Ümumiyyətlə, komanda futbolçularından hələlik heç birini transfer vərəqini verərək yola salmayıb. Ancaq heyətdə dəyişiklər olacaq və gürcüstanlı Çeorgi Çixradze vətəninə istirahətə yollanmağa tələsməyərək, bu həftə Bakıda olacaq. O, klub rəhbərliyi ilə görüşlərdə heyətlə, transferlər, hazırlıq planlarını müzakirə edəcək.

0
0