Kamran Quliyev: Həmin xəbəri oxuyub doyunca güldük
21.05.2013 - 16:00
“Samir Abasovla 5 illik müqavilə bağlamağımız doğru deyil. Sizcə, bu, nə dərəcədə real görünür?” Bu fikirləri apasport.az saytına açıqlamasında “Sumqayıt”ın prezidenti Kamran Quliyev deyib.
Sumqayıt təmsilçisi təcrübəli futbolçusu Samir Abasovu komandada saxlamaq fikrindədir.
Amma Quliyev 35 yaşlı Abasovla 5 illik müqavilə imzalanacağı barədə xəbəri gülüşlə qarşılayıb: “Samirlə birgə həmin xəbəri oxuyub doyunca güldük. Biz Abasova yeni müqavilə təklif etmişik. Ona böyük dəyər veririk və gələcəkdə klubumuzda saxlayıb məşqçi, yaxud menecer olmağını istərdik. Ancaq Abasov hələ bizim futbolçumuz, ilk növbədə kapitanımızdır”.
Klub prezidentinin sözlərinə görə, heyətdə daha çox yerli futbolçuların yer almağını planlaşdırıblar: “Komandaya gətirdiyimiz futbolçular ilk vaxtlar gənc, təcrübəsiz idilər. Hazırda onlar 100 faiz də olmasa, 70-80 faiz Premyer Liqada oynamağa hazırdırlar. İndi təcrübəsi çox, 20-21 yaşlı futbolçuları dəvət etmək istərdik. Əgər kənarda belə azərbaycanlı futbolçular olarsa, onları cəlb etməyi düşünürük”.
Mehman SÜLEYMANOV

0
0