“Rəvan” moldovalı legioneri geri qaytardı
21.05.2013 - 16:06
Dünən çempionatın son turunda “Xəzər Lənkəran”ı səfərdə məğlub etməklə VIII pilləyə yüksələn “Rəvan”da komandadan ayrılan ilk futbolçunun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bu, moldovalı mərkəz müdafiəçisi Nikolay Orlovskidir.
28 yaşlı futbolçunun müqaviləsi başa çatıb. AZAL ilə oyunun 85-ci dəqiqəsində qırmızı vərəqə aldığı üçün Lənkərana aparılmayan Orlovskiyə klub adından təşəkkürünü bildirilib və futbolçu vaxtından erkən ölkəsinə yola salınıb.
Qeyd edək ki, Orlovski 2009-cu ilin qışında Yunis Hüseynovun çalışdırdığı “Karvan”da baxışda olsa da, bəyənilməyib. Nikolay 2010-cu ilin yayında “Xəzər Lənkəran”ın “Olimpiya” ilə Avroliqa matçları zamanı Beltsı klubunun kapitanı olub. Orlovski məhz ölkəmizdə çıxış etdiyi vaxt ilk dəfə millisindən dəvət alıb ki, bu da Polşa ilə sentyabrın 11-də DÇ-2014-ün seçmə mərhələ görüşüdür.

0
0