Topaz Premyer Liqası: İntizamsızlar
21.05.2013 - 17:12
Topaz Premyer Liqasının 2012/13 mövsümünün ən intizamsız oyunçuları məlum olub. Apasport.az saytının məlumatına görə, 32 tur ərzində 44 futbolçu meydandan qovulub.
Onlardan yalnız biri – Aleksandr Çertoqanov 3 dəfə buna layiq görülüb. Hər 3 halda ikinci sarı vərəqə üzündən qovulan mililəşən ukraynalı daha 3 matçda xəbərdarlıq alıb. 4 futbolçunun hesabında isə hərəyə 2 qırmızı var.
Onlar arasında daha intizamsızı Rasim Ramaldanovdur. Cəmi 1 dəfə meydandan qovulan 38 oyunçu arasında isə Samuel Barlay və Mario Bojiçin vərəqə sayı diqqət çəkir. Qırmızı vərəqə almayanlar arasında isə Taqim Novruzov “ön” sıradadır.
1 – yer, 2 – futbolçu, 3 – ikinci sarı vərəqəyə görə qırmızı, 4 – birbaşa qırmızı, 5 – sarı.

1 | 2 | 3 | 4 | 5 |
1 | Aleksandr Çertoqanov (Qəbələ) | 3 | 0 | 3 |
2 | Rasim Ramaldanov (Simurq) | 0 | 2 | 11 |
3 | Taner Taktak (Sumqayıt) | 2 | 0 | 2 |
4 | Qara Qarayev (Qarabağ) | 1 | 1 | 4 |
5 | Elnur Allahverdiyev (Xəzər Lənkəran) | 0 | 2 | 5 |
6 | Samuel Barlay (Rəvan) | 1 | 0 | 12 |
7... | Mario Bojiç (Simurq) | 1 | 0 | 10 |
...45 | Taqim Novruzov (AZAL) | 0 | 0 | 11 |

0
0