“Mənə daha yaxşı müqavilə şərtləri təklif edilib”
21.05.2013 - 18:12
“Azərbaycanda oynadığım müddətdə bütün gücümü meydanda qoyuram. Mövsümün əvvəlində tənqidlərə məruz qalmışdım. Çünki ilk 2 ayda cəmi 1 qol vurmuşdum”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin çilili hücumçusu Nikolas Kanales deyib.
Topaz Premyer Liqasının bombardiri Cənubi Amerika mətbuatına müsahibəsində ölkəmizdəki durumu haqda danışıb: “Sonradan özümü göstərməyi bacardım. Azərbaycan futbolunun Çilidəki ilə oxşar cəhətləri var. Azərbaycanda da sürətli oyuna üstünlük verilir. Yavaş-yavaş uyğunlaşıb, daha yaxşı oynadım”.
Nikolas qazandığı çempionluq və bombardirliyi çox yüksək dəyərləndirib: “Düşünürəm ki, bu karyeramın ən uğurlu mövsümü idi. Bəzi oyunlarda yaxşı tamaşalar göstərməklə yanaşı, sonda çempion və bombardir oldum. Üstəlik, Avropa Liqasının qrupunda da oynadıq. 2004-cü ildə Çilidə qazandığım ölkə çempionluğu ilə bunu müqayisə etmək olmaz. Bunlar tam fərqlidir. Çünki indi mən aparıcı oyunçusuyam və "Neftçi"ni arxamca aparıram. Azərbaycanda populyarlaşmışam. Məni küçələrdə də tanıyırlar. Bu il 4 televiziya verilişinin qonağı olmuşam”.
Futbolçu Çili yığmasında oynamaq perspektivinə də qiymət verib: “Çili yığmasında yalnız Suazonun yeri təmin olunub. Digər yerlərə isə istənilən oyunçu çağırıla bilər. Mənim də nə vaxtsa milliyə çağırılmağım istisna deyil. Bu, mənim üçün də yaxşı olardı”.
Kanales müqaviləsi başa çatdığı “Neftçi”nin onu heyətində saxlamaq üçün addımlar atdığını bildirib: “Neftçi” rəhbərliyi mənə yeni uzunmüddətli müqavilə təklif edib. İndi müqavilə şərtləri əvvəlki ilə müqayisədə daha yaxşıdır. Lakin hələ düşünürəm. Çünki başqa ölkələrdən də təkliflər almışam. Mayın sonuna kimi gözləyəcəm. Təbii ki, burada qalıb Çempionlar Liqasında oynamağım da yaxşı olardı. Ümumilikdə isə Avropada daha uzun müddət oynamaq və yalnız bundan sonra Çiliyə qayıtmaq niyyətindəyəm”.

0
0