Raul Qonsalesdən “Barselona” etirafı
21.05.2013 - 20:04
“Real”ın əfsanəvi futbolçusu Raul Qonsales uzun müddətdən sonra ilk dəfə etiraf edib. Apasport.az saytının məlumatına görə, İspaniya milli komandasının sabiq üzvü “Kral klubu”nda çıxış etdiyi zaman madridlilərin əzəli rəqibi “Barselona” onunun keçidinin reallaşmasını istəyib.
Raul bildirib ki, Kataloniya təmsilçisi ona 2 dəfə transfer təklifi göndərib: “Mən “Real”da forma geyindiyim dövrlərdə “Barselona” mənə 2 dəfə transfer təklifi ilə müraciət etdi. Lakin qəbul etmədim. Çünki Madrid mənim şəhərimdir. Orada doğulub, boya-başa çatdım. Ailəm, bacılarım, qardaşlarım və bütün dostlarımın hamısı Madriddə yaşayır. Buna görə də onların təklifini rədd etdim”.
Qeyd edək ki, hazırda Qətərin “Əl-Sədd” klubunda çıxış edən 35 yaşlı hücumçu 16 il “Real”ın şərəfini qoruyub. Raul “Kral klubu”nun heyətində rəqib qapılarından 245 top keçirib.

0
0