Böyüməyi bacarmayan “Qarabağ” həqiqətləri
21.05.2013 - 23:01
Doğru sözə zaval yoxdu - bunu atalarımız deyib. Ancaq "həqiqət" anlayışı heç də hər zaman gerçəkləri özündə təcəssüm etdirmir, dünyanın düzəni bu cürdü. Əvvəla, bütün insanların həyata baxışı eyni ola bilməz. Tanrı bizləri gördüklərimizi, eşitdiklərimizi fərqli şəkildə qavrayan bir varlıq kimi yaradıb. Digər tərəfdən, addımladığımız yolda üzləşdiyimiz tələb və təhdidlərin diktəsi ilə deyilən və həzm edilən, şəxsi mənafe üçün söylənilən "doğrular" var ki, bu da yaşamamızın bir parçasıdı.
Məsələn, bu gün Qarabağı işğal edib, öz "doğrularını" dünyaya qəbul etdirməyə çalışan bir erməni ümməti var. Əvəzində, dədə-baba torpağımızı təmsil edən "Qarabağ" adlı futbol klubu köçkün həyatı yaşamağa məhkumdu...
Bu gün məhz həmin komandadan, daha doğrusu, Qurban Qurbanovlu "Qarabağ"dan danışmaq istəyirəm. Yazıya bu cür başlamağım isə təsadüfi deyil. Belə deyək, Ağdam klubu Avroliqada uğurlu çıxış etdiyi dönəmlərdə mətbuat "Qarabağ"ı və baş məşqçisini göylərə qaldırmışdı. Elə bəndəniz də həmin vaxt qələmə aldığım "Qurban Qurbanovun "uğur formulu" sərlövhəli yazımda gənc çalışdırıcını vəsf etmişdim. Ancaq indi zaman dəyişib: komandanın çıxışı, əldə olunan nəticələr azarkeşləri və mətbuatı qane etmir. Zamanında tərifləri təbəssümlə qəbul edən Qurbanov isə stadionda ona söz atan, "istefa" qışqıran fanatlarla problem yaşayır, onun komandasının nöqsanlarını dilə gətirən həmkarım Erkin İbrahimovun ünvanına heç də xoş olmayan sözlər söyləyir...
Qurban bəy yazıda ifadə edəcəyim fikirlərlə də razı olmaya bilər. Ancaq bu, mənim öz baxış bucağımdan gördüyüm həqiqətlərdi. Çempionluğa həsrət qalan "Qarabağ"ın həqiqətləri.
2 gümüş, 1 bürünc və ölkə kuboku
"Qarabağ" rəhbərliyinin imtina etdiyi 1996/97 mövsümünün çempionluğunu nəzərə almasaq, Ağdam klubu düz 20 ildi qızıl medallara həsrətdi. Əyalət təmsilçisi hər zaman, hətta "Azərsun-Holdinq"in himayəsinə keçməzdən əvvəl - ac-yalavac günlərində də zirvəyə iddialı olub. Di gəl ki, 1993-cü ildən sonra müxtəlif səbəblərdən hədəfindən yayınıb.
2008-ci ilin avqustunda Qurban Qurbanovun baş məşqçi postuna gətirilməsindən və Avroliqadakı uğurlardan sonra "Qarabağ"ın çempionluq həsrətinə son verəcəyinə dair inam yaranmışdı. Ancaq arxada qalan 5 ildə əldə olunan 2 gümüş, 1 bürünc və ölkə kuboku var. Əlavə olaraq, "Qarabağ" 2 dəfə Avroliqanın qrup mərhələsinin bir addımlığında dayanıb.
Bəlkə də, kimsə bunu normal nəticə saya bilər. Ancaq nəzərə almaq lazımdı ki, Premyer Liqamızda ardıcıl 5 ildi eyni komandanın "sükanı arxasında" duruş gətirən tək çalışdırıcı var - Qurbanov. Bu isə sabit maddi durumu olan bir klubda çalışan gənc mütəxəssisdən çempionluq tələb etmək üçün yetərlidi. Bəs, problem nədədi? "Qarabağ"ın əli niyə "qızıl"a çatmır?
Böyüməyi bacarmayan “Qarabağ”
Əsas problemin Avroliqadakı çıxışı ilə "xalq komandası" imicinə sahib çıxan "Qarabağ"ın uğurun davamını gətirə bilməməsidi. Belə deyək, Ağdam klubu sözün əsl mənasında böyüyə bilmədi ki, burada klub rəhbərliyinin üzərinə daha çox məsuliyyət düşür. Onlar avrokubokdakı performansa aldanıb, az pulla çox iş görməyin mümkünlüyünə inandılar. Halbuki, uğurların davamını gətirmək üçün komandanın gücünə güc qatılmalıydı. Necə ki, məsələn, "Neftçi" ötən mövsüm Nikolas Kanales, Julius Vobay, Bruno Bertuççi kimi simaları heyətə götürdü. Bəs, "Qarabağ" nə etdi? Tükənməkdə olan Georgi Adamiya, Andrey Rubin alındı, "Xəzər Lənkəran"a lazım olmayan Devran Ayhan gəldi, yerli futbolçulardan heç nə ilə fərqlənməyən Muarrem Muarrem, Nderim Nedzipi transfer olundu... "Qarabağ"ın bu cür böyüməsi, inkişaf etməsi, çempion olması sadəcə, mümkün deyildi.
"Qarabağ" sözün əsl mənasında çempionluğa oynayan komanda imici formalaşdırmağı bacarmadı - bax, budu problem. Əgər Rəşad Sadiqov ağdamlıların hədəflərinə çatacağına inansaydı, heç vaxt "Neftçi"yə dönməzdi. Eyni sözü komandanın inkişaf etmədiyini görərək ruhdan düşən Rauf Əliyevə, Əfran İsmayılova da şamil etmək olar. Onlar "Qarabağ"ın çempionluğuna inansaydılar, yetişmələrində müstəsna xidməti olan Qurban bəyin yanından getmək barədə düşünməzdilər belə. Əminlik deyə bilərəm ki, Vaqif Cavadov və ya Vüqar Nadirov daha sərfəli təklif alsalar, onlar da "Qarabağ"da qalmazlar (Sport Ekspress).
Sözümün canı odu ki, çempion olmaq üçün əvvəlcə çempion imici formalaşdırmaq lazımdı. "Qarabağ" rəhbərliyi zamanında lazımi qədər pul xərcləsəydi, indi yəqin ki, əldə olunan qızıl medallardan danışırdıq.
Qurbanovun "son addım sindromu"
Qurban bəy yerli mütəxəssislər arasında ən yaxşılardandı, buna şübhəm yoxdu. Təsadüfi deyil ki, onun yığmada Berti Foqtsu əvəzləməsinin tərəfdarı kimi dəfələrlə yazıb-pozmuşuq. Ancaq Qurbanov həlledici anlarda büdrəyən bir məşqçidi. Təbii ki, onu Avroliqanın pley-offunda "Tvente"ni və ya Dortmund "Borussiya"sını keçə bilməməkdə qınamaq fikrində deyiləm. Amma daxili yarışlarda gənc çalışdırıcının bu çatışmazlığını qabartmaqda qəbahət görmürəm.
Qurbanov 2007-ci ildə, "Neftçi"ni çalışdırdığı vaxt məşqçi kimi debüt mövsümündə çempion ola bilərdi. Ancaq "ağ-qaralar" son turda "Olimpik"ə uduzmaqla "qızıl"ı "Xəzər Lənkəran"a verdilər.
"Qarabağ" 2010-cu ilin mayında, çempionatın sonuncu turunda heç bir iddiası qalmayan "Neftçi"ni yenə bilsəydi, "qızıl"ın taleyini "Qızıl oyun"a daşıyardı. Ancaq Qurban bəy bu dəfə də fürsəti qaçırınca, "İnter" qalib oldu.
Və nəhayət, gələk cari çempionata. "Neftçi" lider olsa da, "Qarabağ"ın işləri pis getmirdi. Təsadüfi deyil ki, ağdamlılar Böyükağa Hacıyevin komandasını ardıcıl 3 dəfə məğlub etmişdilər. Amma elə ki, həlledici an yetişdi, Qurbanovun yetirmələri həm çempionatda, həm də kubokda "Neftçi"yə boyun əydilər. Qurbanovun "son addım sindromu"
yenə özünü büruzə verdi. "Qarabağ" Avroliqaya gümüş medalla gedir.
"Tofiq Bəhramov"a sığınmaq ağılsızlıqdı
"Qarabağ"ın çempionluğa həsrət qalmasının səbəblərindən biri stadion seçimidi. Ev oyunlarına 100 nəfərin gəldiyi komandanın 31200-lük tutumlu arenaya sığınması, yumşaq desək, ağılsızlıqdı. Təsəvvür edin, orta hesabla, Tofiq Bəhramov adına Respublika stadionunun heç 1/30-i dolmur. Belə bir vəziyyətdə hansı dəstəkdən danışmaq olar?
Halbuki, "Qarabağ" rəqiblərini daha az tutumlu Suraxanı stadionunda və ya Quzanlıda qəbul etsəydi, vəziyyət başqa cür olardı.
Ümumiyyətlə, komandanın ev oyunlarını Quzanlıda keçirməməsindən dolayı Ağdam ictimaiyyəti və azarkeşlərlə "Qarabağ" rəhbərliyi arasında inciklik yaranıb. Təsadüfi deyil ki, əvvəllər Suraxanıda ev oyunlarına 2-3 min fanat gəldirdisə, indi daha münasib yerdə olan mərkəzi stadionuna maksimim 500 adam təşrif buyurur.
Tale quşu özü gəlib çiyninə qonmuşdu...
Və nəhayət, hər kəs üçün maraqlı olan son sual: Qurbanovlu "Qarabağ" çempion ola biləcəkmi? Cavabı müəyyənləşdirmək üçün Qurban bəyin yeni gəldiyində kollektivi necə formalaşdırdığını xatırlamağı və hazırkı durumu göz önünə almağı lazım bilirəm.
Hər bir uğurun arxasında alın təri ilə bərabər bəxt amili və xoş təsadüflər də durur. Tale elə gətirdi ki, Qurbanov "Qarabağ"ın "sükanı arxasına" keçdiyi dönəmdə "Neftçi"ni Hans-Yürgen Gede adlı bir ağıldanqıvraq çalışdırırdı.
Foqtsun sabiq köməkçisi sözün əsl mənasında ən köklü klubumuza divan tutdu. Gənc oyunçulardan yeni komanda formalaşdırmaq adı ilə Rəşad Sadıqov, Rəşad Sadiqov, Elnur Allahverdiyev, Georgi Adamiya kimi futbolçuları qapı önünə qoydu. Belədə Qurban bəyə potensialına bələd olduğu həmin oyunçuları götürmək və ölkəmizdə Gededən xeyir görən yeganə insan kimi tarixə düşmək şansını qaçırmamaq qalırdı. Tale quşu özü gəlib çiyninə qonmuşdu.
Düzdü, Sadıqovla Adamiya "Qarabağ"a bir qədər gec qoşuldular, əvəzində Elvin Məmmədovla Emin İmaməliyevin keçidi asanlıqla baş tutdu. "İnter"də əsas heyətə düşə bilməyən cütlük oynamaq arzusu ilə Ağdam klubuna üz tutdular. Eyni sözləri problemli "Karvan"dan ayrılan Vüqar Nadirova da şamil etmək olar.
Qısası, bəxt Qurbanovun üzünə güldü. O, vaxtı ilə bir yerdə oynadığı və çalışdırdığı futbolçuları asanlıqla əldə etdi.
İndi belə bir şeyə təsəvvür edə bilərsiz? Hər şeyin bu cür asan başa gəlməsini yalnız arzulamaq olar. Yeni gələn təcrübəlilərlə paralel olaraq, Əfran İsmayılov, Rauf Əliyev, Maksim Medvedev kimi oyunçular üzə çıxdı, Vaqif Cavadov "Tvente"yə transfer olunacaq səviyyəyə qədər inkişaf etdi.
Bəs, indiki "Qarabağ"la nə baş verir? Çempionluq arzusu ilə "Neftçi"yə gedən və arzusuna çatan Sadiqovdan sonra Raufla Əfran "Bakı"ya üz tutdu. Elvinlə Elnurun buradakı karyeraları isə uzun sürmədi. Yığmanın əsas üzvlərini itirməsi fonunda "Qarabağ"ın daha sanballı yerli oyunçularla güclənməsi sadəcə, mümkünsüzdü. Komandanın ovaxtkı lideri Aslan Kərimov da yoxdu. Vaqif Cavadovla İlqar Qurbanovun durumu isə göz önündədi. Kapitan Rəşad Sadıqovun əvvəlki kimi oynamadığı sirr deyil. Digər tərəfdən, nə hikmətdisə, Əliyevin, İsmayılovun, Medvedevin davamçıları gözə dəymir. Qurbanovun yeni tapıntısı kimi Qara Qarayevi göstərmək olar ki, o da həmin səviyyədə deyil.
Nə deyək, bəlkə problem Qurban bəyin Elvin Musazadəni saxlayıb, Elnur Abdulovu göndərməsindədi...
Çox uzatmaq istəmirəm, ümid edirəm ki, dünənki və bugünkü "Qarabağ"ı yetərincə təsvir edə bildim. İndi necə düşünürsüz, yeni gələndə üzdə olan yerli futbolçulardan komanda quran, Raufu, Maksimi yetişdirən Qurbanov ağdamlıların çempionluq sevdasını gerçəkləşdirə bilmədiyi halda, əlindəki həmin yaxşı kollektivi itirdikdən sonra bunu bacara bilərmi?!
Məncə, yox. Yanılsam, sevinərəm...
ŞAMO

0
0