“Şənbə günü bizi çətin mübarizə gözləyir”
22.05.2013 - 03:06
“Çempionlar Liqasının matçları asan olmur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bavariya”nın yarımmüdafiəçisi Frank Riberi deyib.
Fransa milli komandasının üzvü Avropanın ən titullu klub turnirinin finalında Dortmund “Borussiya” ilə “Bavariya” arasında keçiriləcək oyuna şərh verib: “Buna görə şənbə günü bizi çətin mübarizə gözləyir. Qələbəyə şanslarımız varmı? Nə vaxt ki, sən ¼ final mərhələsinə və ya yarımfinala çatırsan və ən əsası da “Yuventus”la “Barselona”nı məğlub edirsən, o zaman şanslar artır və qalib gəlmək üçün meydana çıxırsan”.
Qeyd edək ki, Çempionlar Liqasının finalı mayın 25-də, Londonun “Uembli” stadionunda keçiriləcək.

0
0