Millimizdən İtaliyada ikinci qələbə
22.05.2013 - 08:08
Millimizdən İtaliyada ikinci qələbə
İtaliyanın Piza şəhərində təşkil olunmuş "Toscana Football Cup 2013" turnirində II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti matçına çıxıb.

Yerli “Vareze” klubu ilə qarşılaşan yığmamız 2:1 hesabı ilə qalib gəlib. Komandamızın qollarını Namiq Ələskərov və Fəhmin Muradbəyli vurublar.

Qeyd edək ki, ilk turda millimiz “Empoli”yə 3:0 hesabı ilə qalib gəlmişdi.