“Xəzər Lənkəran” Almaniyada hazırlaşacaq - FOTOSESSİYA
22.05.2013 - 09:29
“Xəzər Lənkəran” Almaniyada hazırlaşacaq - FOTOSESSİYA
“Xəzər Lənkəran”ın yay hazırlıq planları dəyişib. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisinin təlim-məşq toplanışına gedəcəyi məkan dəyişib.

Belə ki, uelsli baş məşqçi Con Toşak və yetirmələri Almaniyada hazırlıq keçəcək. Lənkəranlılar Oberlandda yerləşən “Hotel Best Western Premier Bayerischer Hof Miesbach”da qərarlaşacaq.

Bavariya əyalətinin paytaxtı Münhen ətrafında yerləşən Oberland Alp dağlarının qoynundakı ən gözəl məkanlardan biridir. “Xəzər Lənkəran”ın qalacağı 4 ulduzlu otel müştərilərinə ev rahatlığı bəxş edir. Burada hər cür təminat, məsələn internet də öz həllini tapıb.

Oteldən Alp dağlarına gözəl mənzərə açılır. Üstəlik, “Hotel Best Western Premier Bayerischer Hof Miesbach”dən başqa məkanları gəzmək üçün də sərfəlidir.

Belə ki, otel Münhen-Zalsburq sürətli şossesinin 10 dəqiqəliyində yerləşir. Bu isə həm Almaniya, həm Avstriya şəhərinə rahatlıqla getməyin mümkünlüyündən xəbər verir.
0
Best-Western-hotel-220513-1.jpg|Best-Western-hotel-220513-2.jpg|Best-Western-hotel-220513-3.jpg|Best-Western-hotel-220513-4.jpg|Best-Western-hotel-220513-5.jpg|Best-Western-hotel-220513-6.jpg|Best-Western-hotel-220513-7.jpg|Best-Western-hotel-220513-8.jpg