Nə söyüşdən çəkinir, nə də puldan!
22.05.2013 - 12:30
AFFA “Şahdağ”ın baş məşqçisi Kamran Əlibabayevi cəzalandırıb. Apasport.az saytının məlumatına görə, qurumun İntizam Komitəsi Qusar klubunun 42 yaşlı çalışdırıcısını I divizionun son turunda “Ağsu” ilə ev oyununda hakimi təhqir etdiyi üçün 5 oyunluq cəzalandırıb, 500 manat cərimələyib.
Bununla, Əlibabayev başa çatan mövsümdə 2-ci dəfə eyni cəzaya məruz qalıb. Belə ki, o, ötən ilin oktyabrında “Qala” ilə matçda tribunadan hakimləri və hakim-inspektoru təhqir etmişdi.
Mənbə: pfl.az
Bununla, Əlibabayev başa çatan mövsümdə 2-ci dəfə eyni cəzaya məruz qalıb. Belə ki, o, ötən ilin oktyabrında “Qala” ilə matçda tribunadan hakimləri və hakim-inspektoru təhqir etmişdi.
Mənbə: pfl.az
0
0