Azərbaycan kubokunun qalibi “Moqi Mirim”də
22.05.2013 - 13:43
Azərbaycan kubokunun qalibi “Moqi Mirim”də
“Xəzər Lənkəran”ın sabiq futbolçusu Dieqo Qusmao özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, braziliyalı yarımmüdafiəçi vətənində “Moqi Mirim” klubuna keçib. Komanda çıxış etdiyi C seriyasının çempionu olmaq iddiası ilə heyətini gücləndirərək, Dieqonun təcrübəsinə bel bağlayır. İndiyə kimi bir sıra Braziliya klublarında oynamış Qismao bu il “Demokrata”da çıxış edib.

Qeyd edək ki, 2008-12-ci illərdə vətəndən kənarda oynayan Dieqo Azərbaycan kubokunu, “Birlik kuboku”nu qazandığı Lənkəran klubu ilə yanaşı, Bakı “İnter”inin şərəfini qoruyub.
0