“Qəbələ” Syominə məktub yolladı
23.05.2013 - 10:54
“Qəbələ” Syominə məktub yolladı
“Qəbələ” rusiyalı məşqçi Yuri Syominə müqavilənin nüsxəsini göndərib. Apasport.az saytının məlumatına görə, “Qəbələ” İdman Klubunun rəhbərliyi adından göndərilən məktub artıq Syominin elektron poçt ünvanına çatıb.

İndi “Qəbələ” rəhbərliyi Syomindən cavab gözləyir. Yuri Pavloviç müqaviləni imzalayıb faks vasitəsilə əks düşərgəyə göndərməlidir. Məhz bundan sonra “Qəbələ” rəhbərliyi Syomini futbol ictimaiyyəti arasında yeni baş məşqçisi kimi təqdim edəcək.