Daha bir potensial rəqibimiz
23.05.2013 - 12:54
Daha bir potensial rəqibimiz
Çempionlar Liqasının təsnifat mərhələsinin daha bir iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Austriya” Avstriya çempionluğunu qazanmaqla, “Neftçi”nin ardıcıl 3-cü mövsüm qatılacağı turnirdə potensial rəqibi olub.

Vyanalılar 24-cü çempionluğunu sona 1 tur qalmış “Mattersburq”u 4:0 hesabı ilə darmadağın etməklə rəsmiləşdirib. Bununla, Peter Ştegerin baş məşqçisi olduğu komanda ən yaxın izləyicisi “Zalsburq”u 5 xal qabaqlayıb. “Austriya” sonuncu çempionluğunu 2006-cı ildə qazanıb.