Elxan Məmmədov Çempionlar Liqasının finalında
23.05.2013 - 14:38
Elxan Məmmədov Çempionlar Liqasının finalında
UEFA-nın növbəti Konqresi keçiriləcək. Apasport.az saytının məlumatına görə, XXXVII Konqres İngiltərənin paytaxtı Londonda baş tutacaq.

Sabahkı tədbir mayın 25-də baş tutacaq Çempionlar Liqasının finalı ərəfəsində keçirilir. Tədbirdə ölkəmizi AFFA-nın baş katibi Elxan Məmmədov təmsil edəcək.

Qeyd edək ki, ənənəvi olaraq konqres iştirakçıları ertəsi gün baş tutan final matçını da canlı izləyirlər. Bu isə o deməkdir ki, baş katib “Uembli”dəki alman finalında qarşılaşacaq “Bavariya” ilə “Borussiya”nın qarşılaşmasına da şahidlik edəcək.