“İnter” daha 2 futbolçu ilə müqavilə bağladı
23.05.2013 - 15:43
Ölkəmizi bu yay Avroliqada təmsil edəcək “İnter” daha 2 futbolçu ilə müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, “bankirlər” müqavilə müddətləri başa çatmış qapıçı Elşən Poladov və sağ cinah müdafiəçisi Arif Daşdəmirovla yeni 1 illik anlaşma bağlayıb.
Elşən “İnter”ə ötən yay “Kəpəz”dən keçib. Millinin sabiq dağıstanlı futbolçusu olan Daşdəmirov isə 2010-cu ilin yayından Bakı klubunda çıxış edir. O, “Standard”dan gəlmişdi.
Qeyd edək ki, buna qədər “İnter” Ruslan Əmircanov, Georgi Lomaya və Baçana Sxadadze ilə yeni müqavilə bağlamışdı.

0
0