Yuri Syomin “apasport”a nə dedi?
23.05.2013 - 16:27
“Qəbələ” rəsmi müqavilənin bir nüsxəsini mənə göndərib. Müqaviləyə imza atandan sonra təyinatım rəsmiləşəcək”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin yeni baş məşqçisi Yuri Syomin deyib.
Rusiya millisinin sabiq baş məşqçisi karyerasını ölkəmizdə davam etdirmək variantı yaranandan sonra mətbuatın diqqət mərkəzindədir.
Artıq “Qəbələ” Syominlə razılığa gəldiyini açıqlayıb ki, yalnız müqaviləyə imza atılmağı ilə məsələnin rəsmiləşməsi qalıb. Ancaq 66 yaşlı mütəxəssis daha qısa danışaraq, əməkdaşımıza təqdimat mərasimini gözləməyi tövsiyə etdi: “Hələlik təyinatımla bağlı heç bir şərh verə bilmərəm. Bir neçə gün vaxtımız var və bundan sonra qərar qəbul edəcəyik. İndi danışılası mövzu yoxdur, komandanın oyununu şərh etməyəcəyəm. Hər şeyi mayın 29-da etməyi planlaşdırırıq ki, onda komanda, planlar, köməkçilər və digər şeylərlə bağlı açıqlama verəcəyəm”.
Qeyd edək ki, “Qəbələ” mayın 29-da yeni baş məşqçisinin təqdimetmə mərasimini keçirəcək.
Mehman SÜLEYMANOV

0
0