“Xəzər Lənkəran”dan “Neftçi”yə ilk zərbə!
23.05.2013 - 17:15
İlk yay transferi olan Junior Nildo “Xəzər Lənkəran”a keçməzdən əvvəl bəzi məqamları üzə çıxarıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının ikinci bombardiri cənub təmsilçisi ilə anlaşmazdan öncə ciddi seçim qarşısında qalıbmış.
Belə ki, ölkənin iddialı komandalarının az qala hamısının maraq dairəsində olan braziliyalı “Qarabağ”, “Bakı”, “Qəbələ” və “Neftçi”nin də heyətində görmək istədiyi futbolçu idi.
Böyükağa Hacıyevin rəhbərliyi altında ikinci çempionluğunu yaşayan “ağ-qaralar” Nildonun xidmətində daha maraqlı idi. Bunun səbəbi isə çempionatın ən məhsuldar futbolçusu Nikolas Kanalesdir.
Müqaviləsi başa çatmaqda olan çilili futbolçu yüksək şərtlər tələb etdiyindən, onu saxlamaqda çətinlik çəkən “Neftçi” 1 cənubi amerikalını digəri ilə əvəzləmək istəyirmiş. Hətta “ağ-qaralar” müxtəlif klublarda olan 3 futbolçusunu da transfer məbləğinin üstündə AZAL-a vermək fikrində olub.
Lakin Nicat Qurbanov, Ruslan Qurbanov və Slavik Alxasovla birlikdə təklif olunan məbləğ nə Nildonu qane edib, nə də AZAL-ı.
Bununla, “Xəzər Lənkəran” ölkə kubokunun finalı və Superkubokda qarşılaşacağı “Neftçi” üzərində qələbə qazanıb. Bu dəfəki qələbə transfer bazarında gerçəkləşib. Nildo sevdası gözündə qalan bakılılar isə indi Kanalesi saxlamaq üçün əlindən gələni etməyə məcburdu.

0
0