Olimpiya mükafatçımız ikinci dəfə ana oldu
23.05.2013 - 21:01
Olimpiya mükafatçımız ikinci dəfə ana oldu
Azərbaycanın qadın güləşçisi, London Yay Olimpiya Oyunlarının gümüş (2012), Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı (2008), dünya çempionu (2009), üçqat Avropa çempionu (2008, 2009, 2011) Mariya Stadnik ikinci dəfə ana olub. Apasport.az saytının məlumatına görə, 2010-cu ildə ilk dəfə ana olan güləşçimizin oğlu dünyaya gəlmişdi.

Bu dəfə Mariya və Andrey Stadnik cütlüyünün qız övladı dünyaya göz açıb. 3,5 kq çəkidə doğulan körpənin vəziyyətinin normal olduğu bildirilir.