“Marca”: “Real” Karlo Ançelotti ilə anlaşdı
23.05.2013 - 21:34
“Real”ın yeni baş məşqçisinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bu, hazırda PSJ-nin “sükanı arxası”nda olan Karlo Ançelottidir.
İspaniyanın “Marca” qəzeti iddia edir ki, Fransa klubu italiyalı mütəxəssislə razılığa gəlib. Madrid təmsilçisinin prezidenti Florentino Peres iyunun 3-də Ançelottini mətbuata təqdim edəcək.
Daha bir iddiaya görə, “Real”ın məşqçilər heyətinə Fransa milli komandasının sabiq futbolçusu və hazırda “Kral klubu”nun idman direktoru vəzifəsində çalışan Zinəddin Zidanın da daxil ediləcəyi gözlənilir.
Qeyd edək ki, “Real”ın La Liqada son oyunu iyunun 1-də, “Osasuna”ya qarşı olacaq. Həmin görüşdən sonra hazırkı baş məşqçi Joze Mourinyo komandadan gedəcək.

0
0