Yuri Syomin Londona gedir
23.05.2013 - 22:03
“Qəbələ”nin yeni baş məşqçisi vəzifəsinə gətiriləcəyi gözlənilən Yuri Syomin Londona getməyi planlaşdırır. Apasport.az saytının məlumatına görə, Kiyev “Dinamo”sunun sabiq çalışdırıcısı mayın 25-də, “Uembli” stadionunda Çempionlar Liqasının finalını izləməyi düşünür.
66 yaşlı rusiyalı mütəxəssis Azərbaycan klubuna başçılıq edəcəyi ilə bağlı suala isə cavab verməyib: “Mən indi Çempionlar Liqasının finalını izləmək üçün Londona getməyi düşünürəm. Gələcək karyerama gəlincə, o haqda hələ ki heç nə demək istəmirəm”.
Qeyd edək ki, daha əvvəl “Qəbələ”nin Yuri Syominlə razılığa gəlindiyi və mayın 22-də rəsmi müqavilə imzalanacağı və hətta ictimaiyyətə mayın 29-da təqdim ediləcəyi bildirilmişdi.

0
0