Benitesin agenti “Napoli”nin nümayəndələri ilə görüşdü
23.05.2013 - 22:46
“Çelsi”nin baş məşqçisi Rafael Benites London klubundan ayrılmağa çox yaxındır. Apasport.az saytının məlumatına görə, ispaniyalı çalışdırıcı karyerasını İtaliya A seriyasında davam etdirəcək.
Belə ki, ötən həftə Valter Massarrini ilə yollarını ayıran “Napoli” boş qalan posta Benitesi gətirməyi düşünür. Bu gün Rafaelin agenti Manuel Qarsiya Kilon Neapol təmsilçisinin nümayəndələri ilə görüşüb.
İtaliya mətbuatının məlumatına görə, “Napoli” Benitesə 2+1 şərti ilə müqavilə təklif edib. Əmək haqqı isə ilə 3,2 milyon avro təşkil edəcək.
Güman edilir ki, danışıqlar müvəffəqiyyətlə keçib və Rafael yaxın günlərdə müqavilə imzalayacaq.

0
0