Kiyev “Dinamo”sunun məşqçisi: Azərbaycana deyil, İtaliyaya gedəcəm
24.05.2013 - 08:10
Ukraynanın “Dinamo” klubunun məşqçisi Vinçentso Pinkolini Azərbaycanda çalışmaq variantının üstündən xətt çəkib. Apasport.az saytının məlumatına görə, Kiyev təmsilçisi ilə yollarını ayırmaq üzrə olan italiyalı mütəxəssis “Qəbələ”nin məşqçilər korpusunda yer alması ilə bağlı xəbərlərə münasibət bildirib.
Ölkəmizə gələcəyi dəqiqləşən Yuri Syominin “Dinamo”da fiziki hazırlıq üzrə köməkçisi olan Pinkolini bunu real saymır: “Azərbaycana gedəcəyimlə bağlı deyilənlər şayiədən artıq bir şey deyil. İtaliyaya qayıtmaq istəyirəm. Neçə vaxtdır lazımınca qayğı göstərə bilmədiyim ailəmin yanında olmaq istəyirəm. Böyük ehtimalla karyeramı İtaliya Futbol Federasiyasında yeniyetmələr yığmalarından birində davam etdirəcəyəm”.

0
0