Mahmud Qurbanov: I dəstədə işləmək eyib deyil
24.05.2013 - 09:35
Mahmud Qurbanov “Kəpəz”in baş məşqçisi postunda qalmaq istəyir. Bu barədə apasport.az saytına 40 yaşlı çalışdırıcının özü məlumat verib. O bildirib ki, rəhbərlik etdiyi komanda I diviziona düşsə də, postundan ayrılacağını qətiləşdirməyib.
Qurbanovun sözlərinə görə, ötən mövsümün ilk dövrəsində “sükanı arxası”na keçdiyi doğma komandası ilə başa çatan müqaviləsinin uzadılmağını müzakirə etməyə hazırdır: “Bu yaxında rəhbərliklə görüşüm olacaq. Həmin vaxt gələcək taleyimə aydınlıq gətirəcəyəm. Mən “Kəpəz”lə I dəstədə də çalışmaq istəyirdim. I dəstədə işləmək eyib deyil ki... Ancaq bir məsələ də var ki, istəklə reallıq hər zaman uyğun gəlmir”.
Qeyd edək ki, Qurbanov məşqçiliyə “Kəpəz”də başlayıb.
Mehman SÜLEYMANOV

0
0