Valideynləri millimizin futbolçusundan gileyləndi - FOTO
24.05.2013 - 10:42
Valideynləri millimizin futbolçusundan gileyləndi - FOTO
Almaniya mətbuatı milli komandamızın və “Hannover 96”nın üzvü Əli Gökdəmir haqda yazıb. Apasport.az saytının məlumatına görə, həmkarlarımız onun anası Sevgi və atası İmam Gökdəmiri danışdırıb.

Onlar Gökdəmirin ailəsinə az vaxt ayırmasından şikayətlənib. Belə ki, futbolçunun doğulduğu Şvebiş-Hall qəsəbəsində yaşayan valideynlər Aşağı Saksoniyanın mərkəzi sayılan Hannoverə çox tez-tez gələ bilmir. Hətta Gökdəmir belindən və ombasından zədə aldığı vaxtlarda belə, evə qayıtmayaraq klubunun düşərgəsində qalıb. Bu üzdən ata və ana 150 gündən sonra oğulları Əlinin qayıtmasına və onun üzünü görə bildiklərinə görə çox sevinir.

“Bizim istirahət günləri həmişə onun oyunları olur” - deyən Sevgi xanım yenə məyusdur. Çünki mayın 25-də Gökdəmir millinin Qətər və Lüksemburqla matçları üçün yığmanın düşərgəsinə qoşulmalıdır.

Qeyd edək ki, Gökdəmir Almaniyada doğulsa da, babası SSRİ dönəmində Azərbaycandan Türkiyəyə köçüb.
0