Cihan Özkaranın yeni baş məşqçisinin gəlişi Kərimovdan asılıdır
24.05.2013 - 12:34
“Klub prezidentimiz Məcnun Otyakmaz Roberto Karlos ilə görüşdü. Bu görüş yaxşı keçdi”. Apasport.az saytının məlumatına görə, bunu “Sivasspor”un başqan vəkili Ərdal Sarılar deyib.
Milli komandamızın hücumçusu Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” son turdan sonra hazırda baş məşqçisiz qalıb. Komandaya “Anji”də idman direktoru vəzifəsində çalışan Braziliya millisinin sabiq müdafiəçisi Roberto Karlosun gələcəyi ehtimalı daha böyükdür.
Sarılar Roberto Karlosu “Sivasspor”da görmək istədiklərini və bu məsələnin mayın 27-də dəqiqləşəcəyini bildirib: “Roberto Karlos da “Sivasspor”a gəlməyi çox istəyir. O, “Kuban” ilə qarşılaşmadan sonra “Anji”nin prezidenti Süleyman Kərimovla görüşəcək. Müqaviləsi davam etdiyinə görə, “Sivasspor”a gəlmək üçün icazə istəyəcək. Klub prezidenti icazə versə, qarşıdakı mövsüm “Sivasspor”u Roberto Karlos çalışdıracaq. Bu məsələ bazar ertəsi günü dəqiqləşəcək”.
Qeyd edək ki, Otyakmaz “Sivasspor”u hücumçulardan nigeriyalı Maykl Eneramo və boliviyalı Rikardo Pedrielin rəsmən tərk etdiyini açıqlayıb. “Qalatasaray”a məxsus olan Sərcan Yıldırım isə komandanın düşərgəsindən hələ daha öncədən qaçıb. Forvardlardan yalnız polşalı Arkadiuş Pexlə Cihan Özkara qalıb. Özkaranın hələ klubla 1 illik müqaviləsi var.

0
0