Taciklər Bakıya gəlmək üçün Bəhreynə getdilər
24.05.2013 - 15:04
17 yaşadək futbolçular arasında keçiriləcək III “Caspian Cup” turnirinin iştirakçılarından olan Tacikistan yığmasının Bakıya gələcəyi heyət müəyyən olunub. Apasport.az saytının məlumatına görə, yaponiyalı baş məşqçi Çikaşi Suzuki ölkəmizə 18 futbolçu gətirəcək.
Qapıçılar: Şahrom İsmayılov (Vaxş), Bəhruz Xayriyev (Nurek);
Müdafiəçilər: Məhəmmədi Həsən, Əbubəkr Əzimov (hər ikisi “Rövşən”), Erac Səfərov (İstiqlal), Əlişir Səfərov (UGİM), Firuz Rizomov (Vaxş);
Yarımmüdafiəçilər: İsgəndər Məmmədqulov, Saman Mövlanov (Saraykəmər), Sirac Gülməmmədov (Nurek), Xudoydod Uzukov (Vaxş), Məhəmməd Şərifov, Söhrab Möminov (UGİM);
Hücumçular: Rüstəm Talıbov, Sabir Qulyakov, Həsən Hakimov (hər üçü UGİM), Hikmət Molladostov (Saraykəmər), Karomatillo Səidov (Vaxş).
Suzukinin yetirmələri turnirə hazırlaşmaq üçün Düşənbə - Dubay – Manama reysi ilə Bəhreynə gediblər. Artıq dünən ordakı “Al-Muharrak” stadionunda Bəhreyn U-16-sı ilə qarşılaşan və 2:2 heç-heçə edən taciklər sabah bu komanda ilə bir daha gücünü sınayacaq. Bundan sonra isə komanda ölkəmizə gələcək.
Qeyd edək ki, turnirin D qrupunda yer alan Tacikistan yığmasının rəqibləri Yaponiya və Uruqvay milliləridir.

0
0