“Simurq”da daha 2 transfer
24.05.2013 - 15:55
Zaqatalanın “Simurq” klubu daha 2 transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi Orxan Səfiyaroğlunun ardınca AZAL-ın daha bir üzvü Taqim Novruzov və “İnter”in yarımmüdafiəçisi Samir Zərgərovu heyətinə qatıb. Milliləşən rusiyalı ilə 1+1 il müddətinə müqavilə imzalanıb. Samirlə anlaşma isə mayın 27-də rəsmiləşəcək.
Qeyd edək ki, Samirdən fərqli Novruzov əvvəllər də “Simurq”un şərəfini qoruyub. 2006/07 mövsümündə Premyer Liqanın debütantının heyətində 9 matça 1 qol vurub.
Qeyd edək ki, Samirdən fərqli Novruzov əvvəllər də “Simurq”un şərəfini qoruyub. 2006/07 mövsümündə Premyer Liqanın debütantının heyətində 9 matça 1 qol vurub.
0
0