İkinci məğlubiyyət
24.05.2013 - 16:44
İkinci məğlubiyyət
Bolqarıstanda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, futbolçularımız Bolqarıstanın U-16 yığması ilə qarşılaşıb. Oyun 2:0 hesabı ilə meydan sahibi komandanın xeyrinə başa çatıb.

Qeyd edək ki, komandalar arasında ilk oyunda da meydan sahibləri qalib gəlmişdi – 4:2.