Superliqada daha bir baş məşqçi istefası reallaşdı
24.05.2013 - 19:40
Superliqada daha bir baş məşqçi istefası reallaşdı
Türkiyə Superliqasında daha bir baş məşqçi istefası gerçəkləşib. Apasport.az saytının məlumatına görə, qışda Hikmət Karamanın ayrılmasından sonra “Qaziantepspor”un “sükanı arxası”na keçən Bülent Uyğun komanda ilə yollarının ayrılmasını istəyib.

“Qaziantepspor”la qışda 1,5 illik müqavilə imzalayan təcrübəli çalışdırıcı bu gün klub prezidenti İbrahim Kızılla görüşüb. Uyğun komanda rəhbərinə gələcək mövsüm üçün “Qaziantepspor”un “sükanı arxası”nda olmayacağını bildirib.

Qeyd edək ki, Qaziantep klubu Bülent Uyğunun rəhbərliyi altında 14 Superliqa matında meydana çıxaraq, 7 dəfə qələbə qazanıb, 4 dəfə rəqibləri ilə bərabərə qalıb və 3 dəfə də meydanı məğlub tərk edib. Komanda isə mövsümü 10-cu pillədə başa vurub.