Mustafa Dənizli “Çaykur Rizəspor”dan ayrıldı
24.05.2013 - 20:07
“Çaykur Rizespor”u PTT I liqasından Superliqaya çıxaran baş məşqçi Mustafa Dənizli növbəti mövsüm komandanın “sükanı arxası”nda olmayacaq. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Rizə təmsilçisindən ayrılıb.
Bu gün klub prezidenti Mətin Kalkavanla bir araya gələn Dənizli komandaya ediləcək transfer haqqında söhbət aparıb. 63 yaşlı çalışdırıcının istədiyi oyunçuların transfer dəyəri yüksək olduğundan, “Çaykur Rizəspor” rəhbərliyi onunla yollarını qarşılıqlı razılıq əsasında ayırıb.
Bununla da, Qara dəniz klubu son 10 ildə 21-ci baş məşqçisini dəyişmiş olub.
Qeyd edək ki, Mustafa Dənizli 5 ildən sonra “Çaykur Rizəspor”u Superliqaya çıxarıb.

0
0