İrqçiliyə qarşı tədbirlər sərtləşdirildi
24.05.2013 - 21:49
UEFA irqçiliyə qarşı mübarizə etmək üçün sərt addımlara əl atıb. Apasport.az saytının məlumatına görə, bu gün Londonda ali futbol qurumunun İcraiyyə Komitəsinin iclasında UEFA nümayəndələri futbolda irqçiliyə son qoymaq məqsədi ilə hazırlanan “Avropa futbolu irqçiliyə qarşı birləşir” başlıqlı intizam idarəçiliyini qəbul edib.
UEFA İcraiyyə Komitəsi tərəfindən də təsdiqlənən yeni intizam idarəçiliyində bu maddələr göstərilib: “Futbolda 2013-2014 mövsümündə meydanda irqçiliklə bağlı hər hansı bir hadisə olarsa, hakimlər matçı dayandıracaq və meydanı tərk etmə səlahiyyətinə malik olacaq. UEFA-nın yeni üç pilləli tətbiqi ilə hakim ilk olaraq matçı dayandıracaq və tribunalara xəbərdarlıq anonsu etdirəcək. İrqçi hərəkətləri davam edərsə, oyuna bir müddət ara veriləcək. Sonuncu dəfə isə təhlükəsizlik xidməti ilə birgə hərəkət edilərək, matç ləğv ediləcək. İrqçi hərəkətlərində məsul olan komanda məğlub sayılacaq.
Hər hansı bir oyunçu və ya komanda nümayəndələri irqçiliklə əlaqədar günahkar olarsa, ən az 10 matç cəzalanacaq. Azarkeşlər irqçiliklə bağlı ifadələr işlətdiyi təqdirdə, klubların stadionları öncə bağlanacaq, daha sonra pul cəzasına məruz qalacaq. Arenalarda buna yol verən şəxslər isə stadiona buraxılmayacaq”.

0
0