“İnter” Andrea Stramaççonini qovdu
24.05.2013 - 22:05
“İnter” Andrea Stramaççonini qovdu
“İnter” gənc baş məşqçisi Andrea Stramaççoni ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, Milan klubu 1,5 ildir komandanın “sükanı arxası”nda olan 37 yaşlı mütəxəssisin işinə son qoyulduğunu bildirib.

Rəhbərlik cari mövsüm Stramaççoninin işindən razı qalmadığı üçün belə qərara gəlib. Çünki “İnter” A seriyasının 38 matçından 16 qələbə qazanıb, 6 görüşdə rəqibləri ilə bərabərə qalıb və 16 oyunda isə məğlub olaraq, mövsümü 9-cu pillədə başa vurub.

Qeyd edək ki, Andrea 26 mart 2012-ci il tarixində Klaudio Ranyerini əvəzləmişdi. Həmin vaxt Stramaççoni 2011-2012 mövsümünün ən gənc çalışdırıcı ünvanına sahib olmuşdu.
0